Tərkibi
- 200 qr kərə yağı
- 200 qr kəsmik
- 1,5 stəkan şəkər tozu
- 4 yumurta
- 1 ç/q soda
- vanil
- un
1. Kərə yağı əridilir.
2. Şəkər tozu və kəsmik əlnən qarışdırılır.Sonra qalan ərzaqlar əlavə edilir.
3. Bərk olmayan, ələ yapışmayan xəmir alınır.
4. Alınmış xəmir 1 saat sərin yerdə saxlanılır.
5. Sonra xəmir oxlov yardımı ilə açılır.
6. Fiqurlu kəsən alətlə xəmir kəsilir.
7. Sobanın tavasına bişirmə kağızı qoyulur və peçenyalar düzülür.
8. Peçenyanın üzərinə şəkər tozu səpilir.
9. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada altı qızarana kimi bişirilir (üstü açıq rəngdə olur).
Nuş olsun!