Kişmişli keks

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 2 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 250 ml qatıq
  • 0,5 stəkan ərinmiş kərə yağı
  • 2 stəkan un
  • 0,5 stəkan kişmiş(zövqə görə)
  • 0,5 ç/q soda
  • vanil

1. İlk öncə yumurta ilə şəkər tozu mikserlə və ya qarışdırma teli ilə qarışdırılır.

2. Sonra qatıq, yağ, un, kişmiş, soda, vanil əlavə olunur və qarışdırma teliylə yaxşı qarışdırılır.

3. Əgər keks üçün xüsusi kağızınız varsa keks qabınızın içinə qoyub alınmış kütlədən qablara tökün.Əgər kağızınız yoxdursa, keks qablarımızın içinə fırça yardımı ilə duru yağ vurub (keks bişəndə yapışmasın deyə), alınmış kütlədən qablara tökürük.

4. Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirilir.

Nuş olsun!