Tərkibi
Xəmir üçün lazım olan ərzaqlar:
- 250 qr kərə yağı
- 4 st un
- 3/4 st qatıq
- 0,5 ç/q soda
- 250 qr xama
- 1 yumurta sarısı
- vanil
İçlik üçün lazım olan ərzaqlar:
- 300 qr qoz (və ya fındıq)
- 100 qr şəkər tozu
Bəzək üçün lazım olan ərzaqlar:
- 100 qr şəkər kirşanı
1. Kərə yağı əridilir.
2. Üzərinə bütün ərzaqlar əlavə olunub çox bərk olmayan xəmir hazırlanır.
3. Alınmış xəmiri 1 saat soyuducuda saxlayırıq.
4. 1 saatdan sonra xəmiri 0,5 sm qalınlığında açıb, üçbucaq formasında kəsirik.
5. Əvvəcədən kənarda qoz çəkilir və şəkər tozu ilə qarışdırılır.
6. Üçbucaq formasında olan xəmirlərimizin içinə qoyulub bükülür.
7. 180 dərəcə sobada 20-25 dəqiqə bişirilir (bişəndə üstü qizarmamalıdır).
8. Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir.
Nuş olsun !