Tərkibi
- 500 ml inək südü
- 1 stəkan un
- 2 əd yumurta
- 2 x/q şəkər tozu
- yarım ç/q duz
- yarım ç/q soda
- günəbaxan yağ (qızartmaq üçün)
1. Dərin boşqabda yumurtalar çəngəl ilə çalınır.
2. Süd əlavə edilib qarışdırılır.
3. Növbəti addımda soda əlavə edilir, sonra duz və şəkər tozu. Hamısı yaxşıca qarışdırılır.
4. Un əlavə edilir və yüngülcə qarışdırılır (xama qatılığında məhlul alınana qədər)
5. Qab salfetka ilə örtülüb 10-15 dəqiqəlik isti yerə qoyulur.
6. Tava yaxşıca qızdıqdan sonra istilik orta dərəcəyə qoyulur. Tavaya təqribən 2 x/q bitki yağı əlavə edilib oladi qızardılır. Xəmir tavaya xörək qaşığı ilə qoyulur.
7. Oladi hər iki tərəfdən qızaranadək qızardılır.
8. Süfrəyə oladi isti olaraq, yanında xama, mürəbbə və ya bal ilə verilir.
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.