Tərkibi
- 3 ədəd yumurta
- 2 stəkan un
- 1 stəkan süd
- 3 x/q şəkər tozu
- 1 ç/q soda
- duz
1. İnqredientlər hazırlanır.
2. Yumurtanın ağı sarısından ayrılır.
3. Yumurtanın ağına şəkər tozu əlavə edilib mikserlə çoxlu qarışdırılır.
4. Yumurtanın ağı şişib qatılaşana kimi mikserlə qarışdırılır.
5. Yumurtanın sarısına süd əlavə olunub mikserlə 3 dəqiqə qarışdırılır.
6. Alınmış kütlələr bir-birinə qarışdırılır (silikon qaşığın köməyi ilə).
7. Hazırlanan kütləyə un, soda, biraz duz əlavə olunub un həll olunana kimi asta-asta qarışdırılır.
8. Pankek (ing. "pancake") bişirmək üçün teflon tavadan istifadə olunur (yapışmaması üçün). Tava qızdırılır. Qaşıqla kütlədən isinmiş tavaya qoyulur.
9. Hər iki tərəfi yaxşı qızardılır.
10. Pankek hazır olduqda soyuması üçün pergament kağızı və ya salfetin üzərinə qoyulur. Süfrəyə şokolad yağı, bal, mürəbbə ilə verilir.
Nuş olsun!