Pendirsiz qaragiləli çizkeyk

  • Hazırlanma vaxtı:
Pendirsiz qaragiləli çizkeyk

Tərkibi və istifadə olunan ərzaqlar

  • 120 qr qaymaq (20% yağ tərkibli)
  • 250 qr xama (20% yağ tərkibli)
  • 800 qr kəsmik (18% yağ tərkibli)
  • 100 qr kərə yağı
  • 3 ədəd yumurta
  • 10 qr limon qabığı
  • 400 qr peçenya 
  • 100 qr qaragilə
  • 200 qr şəkər tozu
  • şəkərli vanil bıçaq ucunda
  • darçın bıçaq ucunda

Hazırlanma qaydası

Hazırki çizkeyk reseptində pendir yağlı kəsmik ilə əvəz olunub.

1. İnqredientlər hazırlanır.

pendirsiz-chizkeyk-1

2. Peçenyalar blender ilə xırda doğranır.

pendirsiz-chizkeyk-2

3. Alınan un kimi peçenyalara bir qədər əridilmiş yağ vurularaq, formanın dibinə yerləşdirilir. Sonra digər boşqabda kəsmiyə yağlı qaymaq qatılır, onların üzərinə blenderdə çalınmış yumurta, şəkər tozu və şəkərli vanil əlavə edilib qarışdırılır. 
Formadaki peçenyaların üzərinə ehtiyyatla kəsmikli məhlul əlavə edilib, əvvəlcədən 170 dərəcədə isidilmiş sobaya 50 dəqiqəlik yerləşdirilir.

pendirsiz-chizkeyk-t-3 pendirsiz-chizkeyk-t-4
pendirsiz-chizkeyk-t-5 pendirsiz-chizkeyk-t-6

4. Nəhayət, 50 dəqiqədən sonra çizkeyk sobadan çıxarılır, üzərinə birdaha kəsmikli məhlul əlavə edilir, 2 xörək qaşığı şəkər tozu səpilir və bir çimdik vanil əlavə edilərək yenidən 7 dəqiqəlik sobaya yerləşdirilir və sobanın temperaturu 200 dərəcəyədək artırılır.

pendirsiz-chizkeyk-7

5. Sobadan çıxarılandan sonra üzərinə qaragilə əlavə edilərək 3-4 saatlıq soyuducuya yerləşdirilir. 

Nuş olsun!

pendirsiz-chizkeyk-t-8 pendirsiz-chizkeyk-t-9

pendirsiz-chizkeyk-10

 

Məqalə http://www.the-village.ru/ saytından tərcümə edilib.

Mənbə http://www.the-village.ru/village/food/experiment-food/162719-eksperiment-svetlana-gotovit-iz-otechestvennyh-produktov