Qatılaşdırılmış südlü keks

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 100 qr kərə yağı
  • 100 qr şəkər tozu
  • 3 ədəd yumurta
  • 200 qr un
  • 200 qr kəsmik
  • 1 ç/q qabartma tozu
  • 1 ç/q vanil esensiyası
  • 100 qr bişmiş qatılaşdırılmış süd
  • bir qədər qoz ləpəsi

Saytımızda müxtəlif növ kekslər barədə reseptlər var: şokoladlı keks, şokoladlı-bananlı keks, yumurta qabığında keksvanilli və limonlu keksmozaika keksiçiyələkli keks, kişmişli keks və digər kekslər. Hazırki resept sadalanan kekslərdən xəmiri ilə çox da fərqlənməsədə, içində bişmiş qatılaşdırılmış süd olması onu daha zərif və dadlı edir.

1. İnqredientlər.


2. Soba 180°C temperaturunda isidilir. Bu arada otaq temperaturunda olan kərə yağı şəkər tozu ilə qarışdırılır.


3. Yumurta əlavə edilir və tam qarışdırılır.


4. Alınan məhlula kəsmik və vanil esensiyası əlavə edilir. Yaxşı qarışdırılır.


5. Qabartma tozu ilə un qarışdırılır və məhlulun üzərinə ələkdən keçirilərək əlavə edilir.


6. Xəmir qarışdırılır.


7. Yağlanmış forma qabının dibinə xəmir layı əlavə edilir, ortasına 2 çay qaşığı qatılaşdırılmış süd, onun da üzərinə qoz ləpələri səpilir.


8. Üzərinə bir daha xəmir layı əlavə edilir və əvvəlcədən 180°C temperaturunda isidilmiş sobada kekslər 20-30 dəqiqə bişirilir.


9. Hazır kekslər bir qədər şişmiş və üzü qızarmış olmalıdır. Soyumasını gözləyirik.


10. Nəhayət keksləri süfrəyə vermək olar. Kəsmiyə görə kekslərin xəmiri daha yüngül və zərif alındı. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1786/keksi-so-sgushenkoy/