Tərkibi
- 200 qr əridilmiş kərə yağı
- 100 qr xama
- 100 qr qatıq
- 1,5 stəkan şəkər tozu
- 4 yumurta
- 4 stəkan un
- 1 stəkan qoz
- 1 ç/q soda
- vanil
1. Şəkər tozu və yumurta mikserlə yaxşı qarışdırılır.
2. Üzərinə kərə yağı, semetan, qatıq əlavə olunub mikserin köməyi ilə aşağı sürətlə qarışdırılır.
3. Sonra un, soda, vanil ələkdən keçirilib əlnən qarışdırılır (xəmir yumuşaq olmamalıdır).
4. Qoz tavada biraz qızardılır və xırda doğranılır. Hazır xəmirə əlavə olunub əlnən qarışdırılır.
5. Xəmir 30 dəqiqə kənarda saxlanılır.
6. 30 dəqiqədən sonra xəmir oxlovla 2sm qalınlığında açılır və armudu stəkanın köməyi ilə yumru dairələr kəsilir.
7. Tavaya pergament kağızı qoyulur və kəsilmiş dairəvi xəmirlər düzülür. Üzərinə şəkər tozu əlnən səpilir.
8. Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirilir.
Nuş olsun!