Qozlu rulet

  • Hazırlanma vaxtı:

Tərkibi

Xəmiri üçün lazım olan ərzaqlar:

  • 1 kq un
  • 250 qr çəkər tozu
  • 1 x/q duru yağ
  • 100 qr kərə yağı
  • 3 ədəd yumurta
  • 300 ml süd
  • 30 qr maya
  • vanil

İçlik üçün lazım olan ərzaqlar:

  • 200 qr qoz ləpəsi
  • 200 qr şəkər tozu

1. Maya, 2 x/q un, 2x/q şəkər tozu qazana tökülür və ilıq suda həll olunur.

2. Mayanın şişməsi üçün isti yere qoyulur ki 2 dəfə artsın.

3. Böyük bir qab götürülür içinə yumurta, yağ, şəkər tozu, maya, ilıq süd  tökülüb əlnən qarışdırılır.

4. Alınmış kütləyə un və vanil əlavə edilib xəmir yoğrulur.

5. Ələ yapışmayan xəmir alınır. Alınmış xəmiri 2 saat isti yerdə saxlayırıq ki şişsin.

6. Xəmir acıyana kimi içlik hazırlanır. Qozu biraz tavada qızardıb ləpə çəkən maşından keçirilib və şəkər tozu qatılıb qarışdırılır.

7. Xəmir acıyandan sonra kündələr düzəldilir və oxlov köməyi ilə açılıb üzərinə içlik tökülür.

8. Xəmiri rulet formasında düzəldilib yumurta sarısı vurulur.

9. Əvvəlcədən 190 dərəcədə isidilmiş sobada üstü və altı qızarana kimi bişirilir.

Nuş olsun!