Tərkibi
- 2 stəkan süd
- 2 stəkan krem şanti
- 1 stəkan şəkər tozu
- 4 ədəd yumurta
1. Yumurta və şəkər tozu qarışdırma qabına qoyulur, mikserlə krem vəziyyətinə düşənə kimi (rəngi ağarana kimi) qarışdırılır.
2. Başqa bir qab götürülür içinə krem şanti və süd tökülür mikserlə qarışdırılıb krem vəziyyətinə gətirilir.
3. Sonra hər iki qarışığı bir-birinə qatıb mikserin aşağı sürətiylə 1 dəqiqə qarışdırırıq.
4. Alınmış dondurmanı plastik qaba töküb, soyuducunun dondurma hissəsində 1 gün saxlamaq lazımdır.
Nuş olsun!