Tərkibi
Xəmir üçün lazım olan ərzaqlar:
- 1 kq un
- 3 ədəd yumurta sarısı
- 700 qr ərinmiş kərə yağı
- 200 qr xama
- 1,5 stəkan süd
- 1 ç/q maya
- Duz
İçlik üçün lazım olan ərzaqlar:
- 0,5 kq badam (qoz və ya badam)
- 0,5 kq şəkər tozu
1. İçliyi yaxşı olar ki 2 gün əvvəldən hazırlayasınız. İlk öncə qazanda su qaynadılır. Badamların bir hissəsi qazana tökülür. 1 dəqiqə sonra çıxardılır qabığları təmizlənir. Eyni ilə bu qaydada bütün badamların qabığını təmizləyirik.
2. Təmizlənmiş badamları səririk dəsmalın üstünə ki qurusun və 1 gün quruduruq.
3. Badamlar qurduqdan sonra ləpə çəkən maşında çəkirik, hil, şəkər tozu əlavə edib qarışdırırıq.
4. Un ələnir. Üzərinə ymurta sarısı, maya, 1 çimdik duz xama əlavə olunur.
5. Qabda əridilmiş kərə yağı ilə süd qarışdırılır (hər ikisi ilıq olmalıdı).
6. Unun üzərinə yağlı süd əlavə olunub yumuşaq xəmir yoğrulur (xəmiri acımağa qoymuruq).
7. Alınmış xəmirdən balaca kündələr hazırlayırıq və oxlov köməyi ilə diametri 12 sm olan dairələr açırıq.
8. Xəmirin ortasına içlikdən qoyub qırağlarını dalğavarı bükürük.
9. Üstünə maqqaşla istədiyimiz kimi naxış vururuq.
10. Alınmış şəkərburaları sobanın tavasına düzürük.
11. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada altı qızarana kimi bişirilir (sobanın aşağı hissəsində bişirilir). Üstü qızarmamalıdı.
Nuş olsun!