Tərkibi
- şəkərli xəmir (hazırlanması Çay piroqu reseptində göstərilib)
- 5 ədəd kivi
- şəkər pudrası
- bitki yağı
1. Ərzaqlar hazırlanır.
2. Kivi yuyulur, qabığı soyulur və dilimlərə doğranılır.
3. Şəkərli xəmir kündəsi soyuducudan çixarılıb, böyük ölçüdə olan iri gözlü sürtkəcədən keçirilir. Tavaya perqament kağızı sərilir, biraz bitki yağı ilə yağlanır və alınmış kütlə tavaya düzülür.
4. Sürtkəcdən keçirilmiş ilk xəmir layının üzərinə kivi dilimləri düzülür. Kivinin sayından asılı olaraq kivi layını birdaha təkrar etmək olar, reseptdə bir laydır.
5. Kivi layının üzərinə şəkərli xəmirin ikinci kündəsi sürtkəcdən keçirdilib düzülür. Bıcaqla hər tərəfi eyni səviyyədə düzəldilir.
6. Əvvəlcədən 180-200 dərəcədə isidilmiş sobada, rəngi qızarana qədər, 30 dəqiqə ərzində bişirilir.
7. Piroq üzdən bir qədər soyuduqda, lakin içərisi isti olan zaman üzərinə şəkər pudrası səpilir və eyni hissələrə bölünür.
Natural meyvələrdən istifadə etdiyimiz üçün piroq çox zərif, aromatlı və dadlı alınır. Nuş olsun!
Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.
Mənbə http://www.golosova.net/2014/02/sand-pie-with-kiwi.html
(photo by Diana Ashumova)