Şokoladlı sadə peçenya

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 250 qr marqarin yağı
  • 2 ədəd yumurta
  • 250 qr şokolad
  • 500 qr un
  • 200 qr şəkər tozu
  • 2 ç/q qabartma tozu
  • yarım ədəd rəndələnmiş limon qabığı

1. Marqarin və şəkər tozu mikserle çırpılır.

2. Üzərinə yumurtalar tökülür və yenidən mikserlə çırpılır.

3. Daha sonra qabartma tozu və un əlavə olunub çırpılır.

4. Mikserlə qarışdırılarkən rəndələnmiş limon qabığı əlavə olunub mikserlə qarışdırlır.

5. Alınmış xəmirə doğranılmış şokolad parçaları əlavə edilib qaşıqla qarışdırılır.

6. Xəmirdən qoz böyüklüyündə dairələr düzəldilib sobanın tavasına qoyulur (tavaya bişirmə kağızı qoyulur). 

7. Əvvəlcədəm isidilmiş 180 dərəcədə 15 dəqiqə, rəngi dəyişənə kimi bişirilir.

Nuş olsun!