Şor qoğal

  • Hazırlanma vaxtı:

Tərkibi

Xəmiri üçün lazım olan ərzaqlar:

  • 1,5 kq un
  • 2 ədəd yumurta sarısı
  • 200 qr xama
  • 100 qr ərinmiş kərə yağı
  • 0,5 lt süd
  • 2 x/q maya
  • bir çimdik sarıkök
  • 1 ç/q duz

 

İçlik üçün lazım olan ərzaqlar:

  • 200 qr ərinmiş kərə yağı
  • 2 st un
  • duz
  • istiot
  • razyanə
  • cirə

 

Qeyd: xəmiri yağlamaq üçün əlavə olaraq 500 qr ərinmiş kərə yağı istifadə olunacaq.


1. Böyük bir qaba un ələnir.

2. Üzərinə yumurta sarıları,  xama, sarıkök, duz,  suda həll olmuş maya əlavə olunur.

3. Qazanda 100 qr yağla süd qarışdırılır (yağ və süd ilıq olmalıdır) və una əlavə olunub xəmir yoğrulur.

4. Alınmış xəmiri 2 saat isti yerdə saxlayırıq ki acısın.

5. Xəmir acıyana kimi içlik hazırlanır.

6. Razyanə və cirə tavada biraz qovrulur sonra üyüdülür.

7. 200 qr yağ tavada əridilir və üzərinə un əlavə olunub biraz qovulur.

8. Qovurduqdan sonra tava kənara qoyulur, üyüdülmüş ədviyyatlar, duz (zövqə görə) əlavə olunur və yaxşı qarışdırılır.

9. Xəmirin aralarını yağlamaq üçün 500 qr kərər yağı əridilir.

10. 2 saat sonra xəmir götürülür. 25 hissəyı bölünüb kündələr hazırlanır.

11. Alınmış kündələr  oxlov köməyi ilə açılır.

12. Yumru yekə taxta götürülür. Üstü ərinmiş yağla yağlanır (yağ ilıq olmalı) və açılmış xəmirdən qoyulur.

13. Açılmış xəmiri əlimizlə dartıb genişləndiririk və bütün kündələr də eyni ilə belə açıb, yağlayıb qat-qat yığılırıq. Ən son acılan xəmirin də üstü yağlanmalıdır.

14. Yağlayıb qurtardıqdan sonra 30 dəqiqə yağlanmış xəmiri saxlayırıq ki özünü tutsun.

15. Sonra xəmiri şəkildəki kimi kvadrat formasında doğrayırıq.

16. Alınmış hər kvadratın içinə içlik qoyub kündələr edirik.

17. Alınmış kündələrin ustundın əlimizlə basıb yastıladırıq.

18. Üzərinə yumurta sarısı  və xaş-xaş vurulur.

19. Əvvəlcədən isidilmiş sobada 200 dərəcədə üstü qızarana kimi bişirilir.

 

Nuş olsun!