Tort üçün şokoladlı-yağlı krem

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 120 qr kərə yağı
  • yumurtanın yarısı (azacıq çalınmış)
  • 150 qr şəkər pudrası
  • 15 qr kakao
  • 15 ml buzlu su
  • 5 ml vanil ekstraktı

Bu krem həm tortların içliyi həm də üz qatı üçün istifadə edilən krem növlərindəndir. Reseptdə göstərilən kərə yağından hazırlanan kremin ən sadə variantıdır. Yağlı kremlər ənənəvi olaraq kekslərdə, biskvitlərdə, pirojnalarda və digər desertlərdə istifadə edilir.

1. İnqredientlər.


2. Kərə yağı çoxlu qarışdırılır.


3. Yumurta əlavə edilir və yenidən yaxşı qarışdırılır.


4. Tədricən, ehtiyyatla qarışdıraraq, şəkər pudrası əlavə edilir. Hərəkət istiqaməti aşağdan yuxarı.


5. Kakao və vanil bir qədər suda durulaşdırılıb kremə əlavə edilir. Hamısı çoxlu qarışdırılır.


6. Krem hazırdır və artıq onu istifadə etmək olar. Reseptlərimizdə biskvitli ruletdə bu kremdən istifadə edilib. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1602/simple-chocolate-buttercream/