Beşamel sousu

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 1 ədəd baş soğan
  • 500 ml süd
  • 300 qr un
  • 30 qr əridilmiş kərə yağı
  • duz
  • ağ istiot
  • bir çimdik muskat

Əgər souslar haqqında hələ oxumamısınız, o zaman məsləhət görürük bu maraqlı məqalə ilə tanış olasınız. Beşamel sousu, həmçinin ağ sous kimi də tanınır və fransa mətbəxində geniş yer tutur. Bu sous bir çox sousların hazırlanmasında əsas məhsul kimi istifadə edilir.

1. İnqredientlər hazırlanır.


2. Bir qazan südün içinə doğranmamış baş soğan əlavə edilərək az odda 20 dəqiqə bişirilir.


3. Digər dərin qazana yağ əlavə edilir, üzərinə un tökülür və tez-tez qarışdırılaraq məhlul qatı olana qədər bişirilir. Bu məhlul "Ru" adlanır, bir çox souslarda istifadə edilir və bu haqda souslar bölməsində biz növbəti dəfə yazacayıq.


4. Südün içindəki soğan çıxarılır, süd süzgəcdən keçirilib nazik şırnaqla Ru-nun üzərinə əlavə edilir. Tez-tez qarışdırılır və az odda 30 dəqiqə bişirilir.


5. Duz və istiot əlavə ediləndən sonra sous nazik süzgəcdən və ya marlyadan keçirilir.


6. Budur, Beşamel sousu hazırdır! Əgər bu sousun içinə 30 ml isti qaymaq və bir neçə damcı limon şirəsi əlavə edilsə, o zaman Qaymaqlı sous əldə edəcəksiniz. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1592/bechamel-sauce/