Tərkibi
- 3 ədəd alma
- 100 qr şəkər tozu
- 1 ədəd darçın çubuğu
- yarı limon (və ya laym) şirəsi
Alma sousu bir çox ölkələrdə fərqli yeməklərin yanında verilir. Misal üçün, İsveçrədə alma şirəsi ət yeməkləri ilə verilir. Almaniyana kartof oldyaları ilə. Hollandiyada uşaqlar alma şirəsi ilə fri kartofları yeyirlər. Amerikada alma sousu məşur qarnir kimi tanınır. Fransada isə alma sousuna desert kimi baxılır.
1. İnqredientlər.
2. Almalar yuyulur, qabığı soyulur. Özəyi çıxarılaraq dilimlənir.
3. Qazana bir qədər su əlavə edilir, sadəcə dibi örtülənə qədər. Alma dilimləri və darçın çubuğu qazana yerləşdirilir. Qapağı bağlayaraq az odda təqribi 15 dəqiqə, almalar yumşaq olana qədər bişirilir. Şəkər tozu və limon şirəsi əlavə edilir və yenidən 10 dəqiqə az odda bişirilir.
4. Alınan məhlul blenderdən keçirilir.
5. Və budur! Alma sousu hazırdır. Nəticədə zərif və ətirli alma püresi əldə edilir, nuş olsun!
Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.