Badımcandan dadlı qəlyanaltı

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 150 qr badımcan
  • 25 qr çerri pomidoru (marinada qoyulmuş)
  • 10 qr ciabatta çörəyi və ya adi baton
  • 2 qr sarımsaq yağı
  • 5 qr parmesan pendiri
  • 15 qr zeytun yağı
  • 1 qr kəklikotu
  • 1 qr duz

1. Orta badımcan hazır olana qədər kömürdə bişirilir (və ya adi kabab kimi şişə çəkilmiş halda). Bişəndən sonra qabığı soyulur.


2. Çay qaşığı ilə ehtiyyatla badımcanın içi çıxarılır.


3. Badımcanın içi çıxarılandan sonra, xırda-xırda doğranıb boşqaba qoyulur.


4. Xırda doğranmış soğan əlavə edilir.


5. Xırda doğranmış göyərti əlavə edilir (misal üçün, reyhan, kəklikotu, tərxun). Üzərinə sarımsaq yağı əlavə edilir.


6. Ardınca zeytun yağı əlavə edilir.


7. Zövqə görə duz əlavə edilib qarışdırılır.


8. Bir tavada çörək dilimləri qızardılır.


9. Badımcandan hazırlanmış qəlyanaltını ayrıca bankaya yerləşdirib, üzərinə marinad olunmuş çerri pomidoru qoyub, çörəyin üzərinə isə parmesan pendiri qoyub süfrəyə verilir.


10. Nuş olsun!

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13987-kak-prigotovit-vkusnuju-zakusku-iz-baklazhanov/