Dovğa

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 500 qr qatığ
  • yarım dəstə keşniş
  • yarım dəstə şüyüd
  • yarım dəstə soğan
  • yarım dəstə ispanağ
  • yarım dəstə dağ keşnişi
  • 2 diş sarımsaq
  • 50 qr yumru düyü
  • 1 ədəd yumurta
  • 1 x/q un
  • duz

1. Doğanı hazırlamaq üçün göyərtilər təmizlənir, yaxşı yuyulub xırda doğranılır. Sarımsağı (göyərti sarımsağdan da istifadə etmək olar) xırda doğrayıb göyərtiyə qatırıq.

2. Düyü yaxşı yuyulur, tam bişənə kimi ayrı qazanda qaynadılır.

3. Qatığı dovğa bişirəcəyimiz qazana töküb, yumurta,un əlavə edirik. Qarışdırma teli ilə yaxşı qarışdırırıq.

4. Qazanı qaza qoyub, taxta qaşıqla yavaş qarışdıra-qarışdıra qaynadırıq. Qaynadıqda göyərtiləri əlavə edib yenidən dayanmadan qarışdırırıq.

5. Göyərtilərin rəngi dəyişdikdə və qaynamağa başladıqda qazdan götürürük.

6. Bişmiş düyünü, duzu qazana əlavə edib biraz qarışdırırıq.

Qeyd: Dovğa həm isti həm soyuq halda yeyilə biər.

Nuş olsun!