Jülyen

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 400 qr şampinyon göbələyi
  • 200 qr soğan
  • 200 qr xama
  • 200 qr pendir
  • 50 qr parmesan pendiri (zövqə görə)
  • günəbaxan yağ (qızartma üçün)
  • bir çimdik duz
  • bir çimdik istiot
  • bir çimdik kəklikotu
  • bir çimdik qara yarpız

1. Ərzaqlar hazırlanlır.


2. Soğan xırda şəkildə doğranılır.


3. Göbələklər nazik dilimlərlə doğranılır.


4. Tavaya bir qədər yağ əlavə edilib, isidilir. Sonra orta odda soğan yumşaq və azacıq qızılı rəng alana qədər qızardılır.


5. Göbələklər əlavə edilir. İlk olaraq göbələyin şirəsi çıxmağa başıayacaq, şirə tam buxarlanıb itənə qədər, daim qarışdırılaraq, göbələklər qızılı rəng alanadək qızardılır.


6. Tavanın altı söndürülür və göbələklərə xama, duz, istiot, kəklikotu və qara yarpız əlavə edilir. Hamısı qarışdırılır.


7. Pendir iri sürtkəcdən keçirilir.


8. Xamalı göbələklər xüsusi balaca formalı tavalara yerləşdirilir.


9. Üzərinə pendir əlavə edilir.


10. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 10-15 dəqiqə qızardılır. Pendir əriməlidir. Zövqə görə üzərinə birdaha parmesan pendiri əlavə edib, əlavə 2-3 dəqiqə qızartmaq olar. Süfrəyə jülyen isti-isti verilir, lakin soymuş şəkildədə jülyen çox dadlı olur.


11. Nuş olsun!

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/12982-zhjulen/