Lavaşda sosiska

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 4 ədəd sosiska
  • 4 ədəd lavaş
  • 60 qr kərə yağı
  • 1 ədəd yumurta
  • zövqə görə duz

1. İnqredientlər hazırlanır.


2. Tavada kərə yağı qızdırılır.


3. Sosikalar qızardılır.


4. Lazım gələrsə bir qədər də yağ əlavə edə bilərsiniz. 


5. Bu arada yumurta çalınır.


6. Bişmiş sosika lavaş arasına qoyulur.


7. Əgər lavaş nazik olarsa, o zaman iki ədəd lavaşdan istifadə etmək olar. Sosiska şəkildəki kimi bükülür.


8. Alınmış dürmək yumurtaya batırılır.


9. Və yağda hər tərəfli qızardılır.


10. Hazır olduqda süfrəyə vermək olar. Səhər yeməyi üçün çay ilə əla qəlyanaltıdır.

Nuş olsun!