Pizza

  • Hazırlanma vaxtı:

Tərkibi

Ərzaqlar:

  • 2 yumurta
  • 1,5 stəkan ilıq süd
  • 100 qr kərə yağı
  • un
  • 2 ç/q maya

Üstü üçün:

  • bibər
  • pomidor
  • soğan
  • göbələk
  • yumurta
  • 1 x/q pomidor pastası(tomat)
  • sosiska(toyuq əti yaxud kolbasa)
  • qara zeytun
  • cəfəri(petruşka)
  • holland pendiri
  • duz 
  • istiot

1.  2 ç/q maya stəkana tökülür. Üzərinə 1 x/q un və 1 ç/q şəkər tozu tökülür. İlıq su tökülüb yaxşı həll edilir. Sonra isti yere qoyulur. 

2.  Maya qalxandan sonra yeke bir qaba tökülür ve üzərinə yumurta, süd, yağ, un , duz əlavə olunub xəmir yoğrulur.Xəmir yumuşaq olmalıdı. Sonra xəmiri 1 saat isti yerdə saxlayırıq.

3. Xəmir şişənə kimi kənarda üstü üçün lazım olan ərzaqları hazırlayırıq. İlk əvvəl bir qaba 1 x/q pomidor pastası, 1 yumurta və biraz su tökülür, yaxşı qarışdırılır (bu xəmirin üzərinə çəkmək üçündü). Bibər, qara zeytun, pomidor, soğan, göbələk, sosiska cəfəri doğranılır.

4. Xəmir hazır olandan sonra 3 kündə edirik. Kündəni oxlovla 1 sm qalınlığında açırıq. Üzərinə pomidor pastası,  yumurtadan ibarət qarışığdan çəkilir və üzərinə pomidor, zeytun, soğan, göbələk, sosiska cəfəri düzülür.Duz, istiot vurulur .

5. Əvvəcədən 200 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə bişirilir, sobadan çıxardılır üzərinə sürtgəcdən keçırılmış holland pendiri tökülür. Yenidən
sobaya qoyulur. 2-3 dəq sonra yenidən götürülür (pendir əriyəndən sonra).

 

Nuş olsun!