Tərkibi
- 1 ədəd böyük, yuyulub və qurudulmuş, şirin kartof
- bir çimdik iri dəniz duzu
- 1 x/q zeytun yağı
1. Soba 400 dərəcə temperaturuna gətirilir.
2. Kartof nazik və yumru şəkildə doğranılır, bunun üçün ingiliscə "mandolin" deyilən xüsüsi sürtkəcdən istifadə etmək olar. Belə sürtkəci həmçinin ebay-dən sifariş edə bilərsiniz.
3. Doğranılan kartofları boşqaba yığıb tam yağla örtülməsinə qədər çay qaşığı ilə zeytun yağı əlavə edilir.
4. Sobanın tavasına həmçinin zeytun yağı vurulub kartoflar ora düzülür və dəniz duzu əlavə edilir.
5. Təqribi 20 dəqiqədən 25 dəqiqəyədək, kartoflar hazır olana qədər bişirilir (20ci dəqiqədə baxmaq olar).
6. Sobadan çıxaranda birdaha üzərinə dəniz duzu səpilir.
7. Hazır olan kimi süfrəyə verilir. Nuş olsun!
Məqalə http://jessicainthekitchen.com saytından tərcümə edilib.