Tərkibi
- 1 stəkan süd
- 1 stəkan şəkər tozu
- 1 ədəd yumurta
- 1 x/q un
- 300 qr kərə yağı
- vanil
1. Kremi hazırlamaq üçün bir qazana süd, yumurta, un, şəkər tozu tökülür qarışdırma teli ilə yaxşı qarışdırılır.
2. Sonra qazanı qaza qoyub qarışdıra-qarışdıra bişirilir. Kütlə qatılaşdıqda 5 dəqiqə bişirilib qazdan götürülür və tam soyudulur.
3. Tam soyuduqdan sonra üzərinı 300 qr yumuşaldılmış kərə yağı, vanil qoyulub mikserlə qarışdırılır.