Tərkibi
- 400 qr un
- 300-450 qr şəkər tozu
- 1 stəkan süd
- 5 ədəd yumurta
- 100 qr kərə yağı
- 10 qr qabartma tozu
- bir çimdik duz
Hopdurması üçün:
- 250 qr yağsız xama
- 350 qr qatılaşdırılmış süd (squşonka)
- 1 x/q vanil esensiyası
1. İnqredientlər.
2. Soba 180°C temperaturunda isidilir. Kasaya un, qabartma tozu və duz əlavə olunub kənara qoyulur.
3. Balaca qazanda, az odda südlə yağ isidilir, yalnız yağ əriyənə qədər.
4. Bir qədər dərin qazanda, yumurta ilə şəkər tozu çalınır. Təqribi 5 dəqiqə - yumurtanın rəngi açılana qədər.
5. Sonra, tədricən qarışdıraraq qaşıqla un əlavə edilir.
6. Və yuxarıda hazırlanan südlü mayenin 1/4 hissəsi əlavə edilir.
7. Hamısı bir yerdə həmcins kütlə alınana qədər çalınır. Biskvit qabı yağlanır, dibinə bir qədər un səpilir. Maye xəmir biskvit boşqabına əlavə edilib 40-50 dəqiqəlik sobaya yerləşdirilir.
8. Hazır biskvit qırmızı və elastik alınmalıdır. Bir qədər soyudulur.
9. Bu arada hopdurma hazırlanır. Blender vasitəsi ilə qatılaşdırılmış süd, xama və vanil esensiyası tam qarışdırılır.
10. Biskvit formadan çıxarılır.
11. Biskvit öz həcmindən böyük bir qazana yerləşdirilir. Bıçaq və ya çəngəl vasitəsi ilə biskvitdə dərin dəliklər edilir.
12. Hopdurma ilə yavaş-yavaş doldurulur.
13. Və bu halda, qazanın qapağı bağlanıb, biskvit 5 saat ərzində saxlanılır (daha yaxşı olar ki bütün gecəni). Bu müddət ərzində biskvit süngər kimi bütün hopdurmanı özünə çəkmiş olar.
14. Dadlı, zərif və yüngül biskvit hazırdır! Səhər yeməyində bir fincan çay ilə bu cür biskvit hər kəsin xoşuna gələr. Nuş olsun!
Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.