Acika kök ilə

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 1 kg pomidor
  • 1 kg kök
  • 500 qr bolqar bibəri
  • 500 qr alma
  • 150 qr sarımsaq
  • 2 əd qırmızı acı bibər
  • 150 qr bitki yağı
  • 1 x/q sirkə (70%)
  • zövqə görə duz
  • zövqə görə şəkər tozu

1. Ərzaqlar hazırlanır.


2. Pomidorlar ətçəkəndən keçirilərək bişməyə qoyulur. Qaynama həddinə çatdırılaraq 20 dəqiqə bişirilir.


3. Həmçinin almalar, kök, bolqar bibəri, sarımsaq ətçəkəndən keçirilərək pomidorlara əlavə edilir. Alınan kütləyə bitki yağı, duz və şəkər tozu əlavə edilir. Hamısı birlikdə əlavə olaraq 30 dəqiqə bişirilir. Axıra yaxın xırda doğranmış acı bibər və 1 x/q sirkə əlavə edilir.


4. İsti məhlul sterilizə edilmiş bankalara əlavə edilərək bağlanılıb, dəsmalla bükülür.


5. Acika hazırdı! Yaginki, original abxaz ədviyyatına bənzəməsədə, lakin çox dadlı və iştah açandır. Nuş olsun!

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13209-adzhika-s-morkovju/