Allemand sousu

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 300 qr velüte sousu
  • 70 ml yağlı qaymaq
  • 1 ədəd yumurta sarısı
  • 1 x/q limon şirəsi
  • zövqə görə duz və istiot

Saytımızın souslar bölməsində müxtəlif növ sous reseptləri yazmağa davam edirik. Bugünkü resept fransa mətbəxinin daha bir məşur souslarından biri olan Allemand haqqındadır. Həmçinin souslar təsnifatı haqqında da oxuya bilərsiniz.

1. İnqredientlər.


2. Velüte sousu az odda qızdırılır. Qaymaq və yumurta sarısı boşqabda çalınır. Velütenin 1/3 hissəsi nazik şırnaqla, daima qarışdıraraq, qaymağın üzərinə əlavə edilir.


3. Alınmış məhlul qalan velütenin üzərinə əlavə edilərək qarışdırılır.


4. Sous az odda qızdırılır, lakin qaynatmaq olmaz.


5. Sousa limon şirəsi, duz və istout əlavə edilir. Qarışdırılıb oddan götürülür.


6. Allemanda sousu hazırdır! Bu cür incə, krem kimi sous istənilən isti ət yeməyi ilə sizin süfrələrinizi bəzəyər. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/588/chateau-potatoes/