Tərkibi
- 3 ədəd iri badımcan
- 3 ədəd kartof
- 1 ədəd bibər
- 2 ədəd pomidor
- 2 ədəd soğan
- duru yağ
- duz
1. Badımcanın qabığı təmizlənir, kub şəklində doğranılır və duzlanır. 10 dəqiqə kənarda saxlanılır ki acısı çıxsın.
2. Soğan təmizlənir kub şəklində xırda doğranılır. Tavaya duru yağ töküb soğan biraz qızardılır. Biraz qızardıqdan sonra üzərinə badımcanlar sıxılıb tökülür.
3. Pomidorun, kartofun qabığı təmizlənir kub şəklində doğranılıb badımcana əlavə olunur.
4. Axırda bibər tumlarından təmizlənir, kub formasında doğranılır və yeməyə əlavə olunur.
5. Zövqə görə yeməyə duz vurulur. Tavanın qapağı bağlanılır vam odda kartofları bişənə kimi bişirilir.
Nuş olsun!