Bozbaş

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 1 kq qoyun əti
  • yarım stəkan noxud
  • 5 ədəd kartof
  • 1 ədəd soğan
  • kərə yağı
  • 3 ədəd alça turşusu
  • nanə
  • sarıkök
  • duz

1. Ət yuyulur, üzərinə su tökülüb bişənə kimi qaynadılır (təqribi 2 saat qaynadılır). Ət qaynadıqda üzərinə yığılan köpük mütləq qaşıqla yığılmalıdı.


2. Noxud yuyulur, üzərinə su tökülüb  bişənə kimi qaynadılır.


3. Ət bişdikdən sonra üzərinə bişmiş noxud, 2 hissəyə bölünmüş kartoflar, 1 ədəd baş soğan (soğan doğranılmır), kərə yağı, duz, sarıkök, alça turşusu əlavə edilir.


4. Yemək aşağı istilikdə kartof yumuşalana kimi bişirilir. 


5. Yemək hazır olduqda baş soğan içindən çıxarılır və süfrəyə verildikdə üzərinə nanə qurusu səpilir.

Nuş olsun!