Çuğundur çipsləri

  • Hazırlanma vaxtı:
Çuğundur çipsləri

Tərkibi və istifadə olunan ərzaqlar

  • 4 xırda (və ya 2 böyük) çuğundur
  • 1 xörək qaşığı zeytun yağı
  • zövqə görə duz

Hazırlanma qaydası

Əvvəlki reseptlərdə şirin kartof çipsləri haqqında yazmışdıq, indi isə daha maraqlı olan və rahat hazırlanan çuğundur çipslərinin hazırlanması haqqında bəhs edəcəyik.

chugundur-chips1

1. İlk öncə soba 300 dərəcəyə dək qızdırılır.

2. Çuğundur yuyulur və qabığı soyulur. Xüsusi sürtkəcdən (mandolin) keçirməklə tam olaraq dairəvi dilimlər şəklinə gətirilir. Belə sürtkəci həmçinin ebay-dən sifariş edə bilərsiniz.

3. Çuğundur dilimləri bir boşqaba qoyulur və üzərinə yarım xörək qaşığı zeytun yağı əlavə edilib yüngülcə qarışdırılır. Digər yarım xörək qaşığı zeytun ilə isə sobanın sacı yağlanır.

4. Dilimlər saca düzülür və duzlanır (əvvəlcədən  çuğundurun duzlanması həmçinin onun qurumasına və xırt-xırtlı olmasına gətirir)

chugundur-chips3

5. Sobada çipslər tam hazır olanacan, 35 dəqiqədən 40 dəqiqəyədək bişirilir (35ci dəqiqədən sonra baxıb yoxlamaq olar).

6. Sobadan çixaran kimi üzərinə bir daha duz səpilir.

7. Dərhal süfrəyə verilir, nuş olsun!

chugundur-chips4

 

Məqalə http://jessicainthekitchen.com saytından tərcümə edilib.

Mənbə http://jessicainthekitchen.com/beet-chips-recipe/