Cız-bız

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 300 qr qoyun qaraciyər
  • 300 qr qoyun ağciyər
  • 200 qr qoyun quyruğu
  • 2 ədəd qoyun ürəyi
  • 4 ədəd qoyun böyrəyi
  • 3 ədəd soğan
  • 6-7 ədəd kartof
  • kərə yağı
  • duz

1. Qaraciyər, ağciyər, ürəklər, böyrəklər, quyruq kub şəklində doğranılır.

2. Doğranılmış hissələr yaxşı yuyulur, üzərinə su tökülüb 20 dəqiqə qaynadılır və kəfi yığılır.

3. Kartof təmizlənir, yuyulur və kub şəklində doğranılıb yağda qızardılır.

4. Kartof qızarana yaxın qoyun hissələrinin suyu süzülür və kartofa əlavə olunur.

5. Qoyunun hissələri əlavə olunduqda soğan da kub şəklində doğranılıb əlavə olunur.

6. Soğan qızardıqda yemək qazdan götürülür.

Nuş olsun!