Tərkibi
- 1 kq badımcan
- 1 kq kartof
- 800 qr qırmızı bolqar bibəri
- 400 qr pomidor
- 200 qr soğan
- 200 qr bitki yağı
- 50 qr tomat pastası
- 20 qr sarımsaq
- 20 qr acı bibər
- 20 qr cəfəri
- 15 qr keşniş
- 10 qr şüyüd
- 50 qr duz
1. İnqredientlər hazırlanır.
2. Baş soğan kubiklər formasında doğranılır.
3. Bir qədər iri kubiklər formasında badımcan doğranılır.
4. Bolqar bibəri təmizlənir və həmçinin doğranılır.
5. Kartof təmizlənir, kubiklər şəklində doğranılıb hazır olana qədər qaynadılır.
6. Pomidor və qöyərtilər xırda doğranılır.
7. Soğan bitki yağında qızardılır və ona doğranmış acı bibər əlavə olunur.
8. Tomat pastası və pomidorlar əlavə edilir.
9. Bolqar bibəri bitki yağında qızardılır.
10. Qızardılandan sonra süzgəcə yığılır.
11. Badımcanlar hazır olana qədər bitki yağında qızardılır.
12. Badımcana qızardılmış soğan və pomidorlar əlavə edilir.
13. Kartof və göyərti əlavə edilib qarışdırılır.
14. Duzlanır.
15. Hamısı bir yerdə 5 dəqiqə isidilib boşqablara əlavə edilir.
16. Yemək hazırdır! Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.
Mənbə http://lady.mail.ru/recipe/14035-vkusnoe-bljudo-iz-ovoshhej-adzhapsandal/