Ət qovurması

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 7-8 tikə sümüklü ət
  • 2 ədəd soğan
  • 5-6 ədəd kartof
  • yarım ç/q tomat pastası
  • yarım ç/q bibər pastası
  • kərə yağı

1. Ət yuyulur, üzərinə su tökülüb bişənə kimi qaynadılır. Ət tam bişdikdə sümüklərindən təmizlənilir, suyu süzgəcdən keçirilir.

2. Soğan xırda kub şəklində doğranılır, kərə yağında qızardılır.

3. Soğan biraz qızardıqda üzərinə tomat pastası, bibər pastası əlavə olunur və bir yerdə bişirilir.

4. Əti soğanın üzərinə töküb suyuəlavə olunur.

5. Kartof təmizlənir və doğranılır, ətə əlavə olunur.

6. Yeməyə zövqə görə duz vurulur və aşağı istilikdə kartoflar bişənə kimi bişirilir.

Nuş olsun!