Ətli qarabaşaq

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 500 qr qarabaşaq
  • 300 qr mal əti
  • 2 ədəd soğan
  • 2 ədəd pomidor
  • kərə yağı
  • sarıkök
  • duz

1. Qarabaşaq təmizlənir, suda yuyulur. Təmizlənmiş qarabaşaq qazana tökülür və 1 qaşıq kərə yağı tökülüb 5 dəqiqə qızardılır.

2. Biraz qızardıqdan sonra qarabaşağın üzərini bağlayacaq qədər qaynar su tökülür,duz vurulur  və qazanın qapağı bağlanılır. Aşağı istilikdə qarabaşaq yumuşalana kimi bişirilir.Hazır olduqda qazdan götürülür.

3. Ət kub şəklində doğranılır.

4. Ət yuyulur üzərinə su əlavə edilir və bişənə kimi qaynadılır.

5. Soğan təmizlənir, yağda biraz qızardılır.Qızardıqdan sonra üzərinə kub şəklində doğranmış pomidor əlavə olunur və bişirilir.

6. Ət tam bişdikdə suyu süzülür (suyu atılmır)  və soğana əlavə olur qızardılır.

7. Ətin suyu soğanlı qarışığa əlavə olur, duz vurulur 15 dəqiqə bişirilir.

8. Süfrəyə verilərkən qarabaşağın üstünə ətli-soğanlı qarışığdan qoyulur.

Nuş olsun!