Tərkibi
- 20-30 ədəd göbələk (şampinyon)
- 2 ədəd baş soğan
- 2 ədəd kartof
- 1 ədəd kök
- 3 x/q düyü
- 100-150 qr kərə yağı
- duz
1. İnqredientlər hazırlanır.
2. Göbələklər duzlu suda 30-40 dəqiqə bişirilir.
3. Göbələklər hazır olana qədər kartof və soğan kubiklər fomrasında, kök isə uzunsov şəkildə doğranılır.
4. Göbələklər hazır olandan sonra onların üzərinə tərəvəzlər əlavə edilir.
5. Kartoflar hazır olana qədər, 30 dəqiqə bişirilir.
6. Şorbaya yuyulmuş düyü əlavə olunur.
7. Kərə yağı əlavə olunur.
8. Təqribi 10 dəqiqədən sonra göbələkli şorba hazırdır.
9. Artıq dərin boşqablara əlavə etmək olar.
10. Süfrəyə verərkən yanında suxarı, qara çörək və qatıq, üzərinə isə xırda doğranmış göyərti səpmək olar. Nuş olsun!
Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.
Mənbə http://www.golosova.net/2014/02/soup-with-champignons.html
(photo by Diana Ashumova)