Tərkibi
- 1 kq ət qiyməsi
- 4-5 diş sarımsaq
- 1 ədəd orta ölçüdə baş soğan
- 15 ml qurudulmuş yarpız
- 1 dəstə təzə cəfəri
- 30 qr parmesan pendiri
- 1 ədəd yüngül çalınmış yumurta
- 15 ml dəniz ilbizi sousu (zövqə görə)
- 70 qr təzə çörək qırıntıları
- zövqə görə duz və istiot
- 750 ml tomat sousu
1. İnqredientlər.
2. İnqredientlər hazırlanır. Soğan, cəfəri xırda doğranılır, sarımsaq əzilir, yumurta çalınır, pendir sürtkəcdən keçirilir. Soba 160°C temperaturunda qızdırılır.
3. Bütün inqredientlər bir qaba yığılır.
4. Ehtiyyatla qarışdırılır.
5. Alınan kütlədən təqribi 16 kürəcik hazırlanır.
6. Bitki yağı ilə yağlanmış tavanın üzərinə düzülür və 20 dəqiqə sobada bişirilir.
7. Qalın dibi olan dərin bir tavaya tomat sousu əlavə edilir.
8. Kürəciklər ehtiyyatla sousa əlavə edilir və əlavə olaraq, hazır olana qədər 20 dəqiqə bişirilir.
9. Hazır ət kürəciklərini süfrəyə tomat pastası və ya kartof əzməsi ilə vermək olar. Nuş olsun!
Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.