Kənd çolpasından şorba

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 5-6 tikə kənd çolpası
  • 125 qr yumru düyü
  • 2 ədəd kiçik kartof
  • 1 ədəd soğan
  • 100 qr kərər yağı
  • keşniş
  • şüyüd
  • sarıkök
  • duz

1. İnqridientlər hazırlanır.


2. Çolpa hissələri yuyulur, üzərinə su əlavə olunur.


3. Qazan qaza qoyulur. Çolpanın bişməyinə az qalmış qazdan götürülür. 


4. Qazanın suyu qızdıqca suyun üzərinə ətin köpüyü yığılacaq. Köpük qaşıqla yığılıb atılır. 


5.Çolpa bişənə kimi soğan xırda kub şəklində doğranılır.


6. Yemək bişirilən qazana yağ və doğranılmış soğan əlavə olunur, soğanın rəngi dəyişənə kimi qızardılır.


7. Soğanın rəngi qızılı-sarı olduqda çolpa hissələri və suyu qazana əlavə olunur. 


8. Kartof kub şəklində doğranılır yeməyə əlavə olunur.


9. Şorba qaynadıqda düyü yuyulub yeməyə əlavə olunur.


10. Zövqə görə duz əlavə olunur.


11. Şorbanın daha da ətirli və rənginin gözəl olması üçün az miqdarda sarıkök əlavə olunur.


12. Keşniş, şüyüd xırda doğranılır.


13. Şorbanın düyüsü, kartofu bişdikdə qazdan götürülür. Süfrəyə verilərkən üzərinə doğranılmış göyərti səpilir.



14. Bu şorbanı toyuqla müxtəlif üsullarla hazırlamaq olar: http://bycamel.com/yemekler/toyuq-shorbasi və ya http://bycamel.com/isti-yemekler/vermishelli-toyuq-shorbasi

Nuş olsun!