Küftə-bozbaş toyuq bulyonunda

  • Hazırlanma vaxtı:
Küftə-bozbaş toyuq bulyonunda

Tərkibi və istifadə olunan ərzaqlar

  • 800 qr - 1 kq mal ətindən qiymə
  • 1 ədəd yumurta
  • qurudulmuş və təzə alça
  • kartof
  • baş soğan
  • 1 stəkan noxud
  • düyü
  • sarıkök
  • duz
  • istiot

Hazırlanma qaydası

Saytımızda artıq küftə-bozbaş resepti ilə sizinlə paylaşmışıq. Bu resept isə adından bəlli olduğu kimi bir qədər tərkibi və hazırlanması ilə ondan fərqlənir.

1. İnqredientlər hazırlanır.

kufte-bozbash-toyuq-bulyonunda-01


2. Toyuq bulyonu qaynadılır. Qaynayan bulyona qabığı təmizlənmiş bütöv kartoflar atılır.

kufte-bozbash-toyuq-bulyonunda-02


3. Soğanın biri xırda doğranıb kartofla birgə bulyona əlavə edilir.

kufte-bozbash-toyuq-bulyonunda-03


4. Soğanla kartof bişənə qədər qiymə ilə məşğul olmaq olar. Qiymə hazırlamaq üçün ətlə soğan ət-çəkən maşından keçirdilir, sonra ona digər inqredientlər qatılır. Duz, istiot vurulur. Bir qədər düyü və bir ədəd yumurta əlavə edilir.

kufte-bozbash-toyuq-bulyonunda-04


5. Alınmış qiymədən, içinə 2-3 ədəd qurudulmuş alça qoymaqla iri küftələr hazırlanır.

kufte-bozbash-toyuq-bulyonunda-05

kufte-bozbash-toyuq-bulyonunda-06


6. Küftələrlə məşğul olduğumuz müddətdə kartoflar artıq hazır olmuşlar və bulyona ət kündələrini əlavə etmək olar. Əlavə 20 dəqiqə bişirəndən sonra bulyona noxud və təzə alçalar əlavə edilir.  Noxudlar əvvəlcədən 1 gün islaqda saxlanmalı və bulyona əlavə eməzdən əvvəl bişirilməlidir.

kufte-bozbash-toyuq-bulyonunda-07

kufte-bozbash-toyuq-bulyonunda-08


7. Daha 10 dəqiqə bişdikdən sonra sarıkök əlavə edilir.

kufte-bozbash-toyuq-bulyonunda-09


8. Təqribən 5-7 dəqiqədən sonra küftə-bozbaş hazır olur.

kufte-bozbash-toyuq-bulyonunda-10


9. Süfrəyə verərkən üzərinə xırda doğranmış keşniş də səpmək olar. Nuş olsun!

kufte-bozbash-toyuq-bulyonunda-11

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2013/07/kufta-bozbash.html

(photo by Diana Ashumova)