Lobya çığırtması

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 0,5 kq lobya
  • 2 ədəd soğan
  • 2 ədəd pomidor
  • 5 ədəd yumurta
  • 100qr kərə yağı (və ya günəbaxan yağı)
  • 2 x/q  zeytun yağı (zövqə görə)
  • duz

1. Lobyalanın uc hissələri kəsilir və xırda doğranılır.

2. Doğranılmış lobyalar qazana tökülür, yaxşı yuyulur və üzərinə su alınıb 30 dəqiqə qaynadılır (lobya yumuşalana qədər) .

3. Soğan doğranılıb yağda qızardılır.

4. Pomidor doğranılır. Soğan biraz qızarandan sonra üzərinə əlavə edilir.

5. Lobya suda bişəndən sonra suyu süzülür və soğanla pomidorun üzərinə əlavə olunub duzu vurulur.

6. Tavanın qapağı bağlanılır. Yemək 15 dəqiqə orta istilikdə bişirilir.

7. Yumurta sındırılır və biraz duz vurulub qarışdırılır.

8. Hazırlanmış lobyanın üzərinə yumurta tökülür.

9. Yumurta bişəndən sonra yemək qazdan götürülür.

Nuş olsun!