Toyuq qənədləri portağal marinadında

  • Hazırlanma vaxtı:

Tərkibi

4-5 porsiya üçün:

  • 1 kq toyuq qənədləri
  • 1 ədəd qırmızı baş soğan (50-100 qr)
  • 2 diş sarımsaq
  • 1 ədəd iri portağal (200-300 qr)
  • 3 x/q soya sousu
  • 2 x/q zeytun yağı

Toyuq qənədləri yuyulur, salfetlə qurudularaq dərin boşqaba yerləşdirilir. Qırmızı soğan nazik halqalar formasında doğranılıb toyuğa əlavə edilir. Portağalın qabığı nazik lent şəklində soyulur. Sarımsaq sürtkəcdən keçirdilir və tam əzilmiş şəkildə qənədlərə əlavə edilir.

Ardınca portağal sıxılaraq şirəsi əlavə edilir, sonra 3 x/q soya sousu və yağ. Alınmış marinadla toyuq qənədləri yağlanaraq, hamısı yaxşı qarışdırılır.

Qənədlərin marina olunması üçün alınmış kütlə 30-60 dəqiqə ağırlıq altında qalmalıdır. Bunun üçün kütlənin üzərinə yastı boşqab qoyulur, boşqabın üzərinə isə ağır əşya (misal üçün su ilə dolu banka). Beləliklə, bu müddət ərzində hər bir qənəd marinadın şirəsi ilə hoparaq, onun dadını və qoxusunu özündə saxlayacaq.

Soba 200°C temperaturunda qızdırılır. Tava yağlanır və ya tavanın üzərinə bişirmə kağızı əlavə edilir, bu yapışmanın qarşısını alar.

Qənədlər tavaya düzülür və əvvəlcədən 200°C qızdırılmış sobada 15-20 dəqiqə bişirilir. Qənədlərin həcmindən asılı olaraq bu vaxtı azaldıb və ya artırmaq olar. Əsas odur ki toyuq qurumasın, bu halda heç bir marinad yardım etməz.

Süfrəyə isti-isti verilir. Süfrəyə verərkən həmçinin üzərinə limon şirəsi əlavə etmək olar.

Nuş olsun!

 

Məqalə http://kalabasa.ru saytından tərcümə edilib.

Mənbə http://kalabasa.ru/main_course/kurinye-krylya-v-apelsinovom-marinade.html