Qat-qat xəmirdən peraşki

  • Hazırlanma vaxtı:

Tərkibi

Ərzaqlar:

  • qat-qat xəmir (hazır mağazadan alınmış)
  • 1 ədəd yumurta sarısı
  • küncüt və ya çörək otu

İçlik üçün lazım olan ərzaqlar:

  • 2-3 ədəd kartof (ət, ciyər də istifadə eləmək olar)
  • 1 ədəd soğan

1. Kartofun qabığı soyulur, yuyulur, üzərinə su tökülüb bişənə kimi qaynadılır.


2. Soğan soyulur, doğranılır və yağda qızardılır.


3. Kartof bişdikdən sonra üzərinə qızardılmış soğan əlavə olunub əzmə (püre) halına salınır.


4. Xəmir oxlov köməyi ilə 1 sm qalınlığda açılır və içinə püredən qoyulub ağzı istədiyimiz formada bağlanılır.


5. Üzərinə yumurta sarısı vurulub, zövqə görə küncüt və ya çörək otu səpilir.


6. Əvvəlcədən 190 dərərcədə isidilmiş sobada 20-25 dəqiqə bişirilir.

Nuş olsun!