Tərkibi
- 5 ədəd orta ölçüdə kartof
- 1 ç/q yağlı qaymaq
Kartof əzməsi (püresi) əlavə olaraq bir çox yeməklərin yanında istifadə edilir. Balıq yeməklərinin yanında isə daha dadlı alınır.
1. İnqredientlər.
2. Kartof təmizlənir, yuyulur, iri doğranılır və qazana yerləşdirilir. Üzərinə yalnız kartofu örtənə qədər su əlavə edilir. Duzlanır və orta odda hazır olana qədər bişirilir.
3. Vaxtını ötürməyin! Kartofun hazır olmağını yoxlamaq asantdır. Bunun üçün bıçağı kartofa batırmağınız bəs edər, əgər kartof sürüşüb bıçaqdan düşürsə demək o hazırdır.
4. Kartofa maye əlavə edilmədən mikserlə əzilir.
5. Yalnız kartof tam əzmə şəklində olandan sonra onun tərkibinə müəyyən ədviyyatlar və bizim halda 1 çay qaşığı yağlı qaymaq əlavə etmək olar. Yaxşı qarışdırılır.
6. Və budur, kartof əzməsi hazırdır. Praktiki olaraq istənilən yemək üçün əla qarnirdir. Nuş olsun!
Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.