Sadə suxarı

  • Hazırlanma vaxtı:

Tərkibi

  • çörək

Suxarı hazırlayarkən müxtəlif ədviyyatlardan istifadə edilir. Lakin bu reseptdə biz sadə suxarı resepti ilə paylaşırıq. 

1. Suxarını hazırlamaq üçün bərk çörəkdən istifadə olunur. Çörək dilimlənir.


2. Dilimlənmiş çörəklər kub formasında kəsilir (zövqə görə başqa formada da kəsilə bilər).


3. Kəsilmiş çörəklər tavaya qoyulur, əvvəlcədən 180° temperaturunda isidilmiş sobada, təqribən 30 dəqiqə qızardılır.


4. Çörəklər qızararkan tez-tez qarışdırmaq lazımdır ki, hər tərəfi bərabər qızarsın.


5. Bu cür hazırlanan suxarı borşla birgə süfrəyə verilə bilər. Nuş olsun!