Tərkibi
- toyuq
- bibər pastası
- duz
- istiot
- zeytun və ya günəbaxan yağı
1. Toyuq təmizlənir, yuyulur. Suyunun tam getməsi üçün süzgəcə qoyulur.
2. Toyuğun suyu getdikdən sonra yaxşı-yaxşı duzlanıb, istiotlanır. Sonra ən azı 2-3 saat soyuducuya qoyulur. Yaxşı olar ki 1 gün soyuducuda saxlanılsın.
3. Soyuducudan götürdükdən sonra üzərinə bibər pastası və duru yağ çəkilir.
4. 200-220 dərəcədə bişirilir. Sobaya qoyarkən tavaya duru yağ tökülür və zövqə görə kartof da kənarlarına düzmək olar.
5. Toyuq biraz qızardıqda bıçağla deşilir ki, toyuğun suyu çıxsın.
Nuş olsun!