Tərkibi
- 5 ədəd alabalığ
- 5 ədəd pomidor
- 5 ədəd baş soğan
- 6-7 ədəd kartof
- duru yağ
- duz
1. Balığ təmizlənir ortadan yarıya bölünüb onurğa sümüyü çıxardılır və duzlanır.
2. Kartof təmizlənir, dilimlənib duzlanır.
3. Soba tavası götürülür içinə balığlar və kartoflar düzülür.
4. Pomidor və soğan təmizlənib yuyulur. Balığın və kartofun üzərinə düzülür, duru yağ vurulur.
5. Əvvəlcədən isidilmiş 200 dərəcə sobada 30-35 dəqiqə bişirilir.
Nuş olsun!