Tərəvəzli krevetka

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 500 qr krevetka
  • 1 ədəd pomidor
  • 1 ədəd bolqar bibəri
  • 3 ədəd kartof
  • 1 ədəd soğan
  • duru yağ
  • duz

1. Soğan kiçik kub şəklində doğranılır, təmizlənmiş-yuyulmuş krevetka ilə birlikdə duru yağda ( mən-günəbaxan yağı istifadə etdim) biraz qızardılır. 

2. Kartof təmizlənir, kiçik kub şəklində doğranılır.Eyni qayda ilə bibər və pomidor doğranılır.

3. Soğan biraz qızardıqda üzərinə kartof, bibər, pomidor, duz əlavə olunur tavanın qapağı bağlanılıb orta istilikdə bişirilir.

4. Yeməyin kartofu bişdikdə qazdan götürülür.

Nuş olsun!