Tərəvəzli lobya şorbası

  • Hazırlanma vaxtı:
Tərəvəzli lobya şorbası

Tərkibi və istifadə olunan ərzaqlar

  • 500 qr ağ lobya
  • 1 ədəd bolqar bibəri
  • 2 ədəd baş soğan
  • 150 qr kərəviz kökü
  • 3-4 diş sarımsaq
  • 1,5 litr su
  • 2 ədəd kök
  • 2 ədəd pomidor (və ya 2 x/q tomat)
  • 150 ml bitki yağı
  • 1 dəst cəfəri
  • 1 ç/q qurudulmuş nanə
  • zövqə görə duz
  • zövqə görə istiot
  • zövqə görə dəfnə yarpağı

Hazırlanma qaydası

1. Lobya axşamdan soyuq suda saxlanılır (bəzi hallarda konservləşdirilmiş lobyadanda istifadə etmək olar)

lobya-shorba-1


2. Soğan kubik şəklində doğranılır.

lobya-shorba-2


3. Kök həmçinin kubik şəklində doğranılır.

lobya-shorba-3


4. Kərəviz kökü kubik şəklində doğranılır.

lobya-shorba-4


5. Bolqar bibəri kubik şəklində doğranılır.

lobya-shorba-5


6. Tomat pastası əvəzində pomidor istifadə edildikdə, o da həmçinin xırda kubik şəklində doğranılır.

lobya-shorba-6


7. Sarımsaq doğranılır.

lobya-shorba-7


8. Soğan, kök və kərəviz kökü bitki yağında qızardılır.

lobya-shorba-8


9. Üzərinə bolqar bibəri, pomidor və ya tomat əlavə edilərək yüngülcə qızardılır.

lobya-shorba-9


10. Üzərinə lobya və 2 stəkan su əlavə edilərək 1 saat bişirilir (lobya paxlasını həmişə az odda bişirmək gərəkdir).

lobya-shorba-10


11. Sonra qazana daha 1 litr su tökərək, üzərinə doğranmış sarımsaq, duz, istiot, dəfnə yarpağı və nanə əlavə edilir.

lobya-shorba-11


12. Əlavə olaraq 20 dəqiqə bişirilir.

lobya-shorba-12


13. Və sonda, tərəvəzli lobya şorbası hazırdır, süfrəyə vermək olar. Nuş olsun!

lobya-shorba-13

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/14054-bob-chorba/