Toyuq ciyərindən paştet

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 500 qr toyuq ciyəri
  • 100 qr duzsuz kərə yağı
  • 5 x/q zeytun yağı
  • 100 ml ağ şərab
  • 2 ədəd orta ölçüdə baş soğan
  • 1 diş sarımsaq
  • 100 ml yağlı qaymaq
  • duz
  • təzə qara istiot
  • muskat
  • bir neçə dəstə kəklikotu 

Saytımızda artıq ciyər paştet hazırlanması barədə resept var. Lakin o resept hazırki reseptdən az da olsa fərqlidir.

1. İnqredientlər.


2. Soğan dairəvi şəkildə, sarımsaq isə xırda-xırda doğranılır.


3. Tavada zeytun yağı isidilir, onun içində 50 qr kərə yağı əridilir.


4. Yağın ətirli olması üçün, əriyənə qədər tavaya kəklikotu budaqları atılır. Yağ tam əriyəndən sonra kəklikotu tavadan götürülür.


5. Soğan və sarımsaq qızardılır.


6. Qara ciyər əlavə edilir və 8-10 dəqiqə qızardılır. Lazımdır ki nəticədə ciyər sulu olsun.


7. Təqribən 8-10 dəqiqədən sonra ağ şərab əlavə edilir, duz, istiot və muskat vurulur.


8. Əlavə 5 dəqiqə pörtlədilir.


9. Qaymaq əlavə edilir.


10. Maye qaynadıqda tava oddan çıxarılır.


11. Blender vasitəsi ilə hamısı tam əzmə (püre) olana qədər qarışdırılır.


12. Nəticədə bu qədər zərif paştet alınır. Xüsusi formada plastik qablara yığılır.


13. Yerdə qalan kərə yağı əridilir, üzü götürülür və şəffaf hissəsi qablardaki paştetin üzərinə əlavə edilir.


14. Soyuducuya yerləşdirilir.


15. Bir gün soyuducuda qalandan sonra artıq istifadə etmək olar. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/460/chicken-liver-pate/