Toyuq əti tomat sousunda

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 2-3 ədəd toyuq döş əti (iki yerə kəsilmiş)
  • 2-3 x/q un (üzərinə səpmək üçün)
  • 30 qr kərə yağı
  • 1 ədəd orta ölçüdə baş soğan (təqribi 60 qr)
  • 6 diş sarımsaq
  • 120 ml quru ağ şərab
  • 15 ml limon və ya laym şirəsi
  • 180 qr tomat sousu
  • 120 ml toyuq bulyonu
  • 6 ədəd reyhan yarpağı
  • duz
  • istiot

1. İnqredientlər.


2. Toyuq döş əti yuyulub və mətbəx salfeti ilə qurudulandan sonra duzlanıb istiotlanır.


3. Una batırılır.


4. İsidilmiş tavada kərə yağı əridilib döş ətləri düzülür.


5. Hazır olana qədər, təqribi 7-10 dəqiqə hər tərəfli qızardılır. Hazır olmasını yoxlamaq asantdır: bunun üçün ətin ən qalın yerinə bıçaq batırın, əgər çıxan şirə şəffafdırsa demək ət hazırdır.


6. Döş əti bişənə qədər, soğan, sarımsaq və reyhan yarpaqları doğranılır.


7. Döş əti tavadan götürülür.


8. Tavaya yenidən bir qədər yağ əlavə edib, qızılı rəng alana qədər soğan və sarımsaq qızardılır.


9. Şərab və laym şirəsi əlavə edilir.


10. Ardınca tomat sousu və toyuq bulyonu əlavə edilir. Əgər hazır bulyonunuz olmasa əvəzində bulyon kubiklərindən istifadə edə bilərsiniz. Həmçinin tomat sousunun əvəzinə dükandan alınan konservləşdirilmiş tomatdan istifadə etmək olar. Az odda sous lazım olan qatılığa gətirilir.


11. Süfrəyə verməmişdən öncə sousa döş ətləri əlavə edilir, üzərinə doğranmış reyhan yarpaqları səpilərək bir qədər az odda isidilir.


12. Artıq süfrəyə vermək olar! Yanında qarnir kimi kartof əzməsi və ya salat vermək olar. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/524/chicken-in-a-spicy-tomato-sauce/