Tərkibi
- 62 ml təmizlənmiş, əridilmiş kərə yağı
- 62 qr un
- 1,25 litr toyuq bulyonu
- ru sousu
- duz
- istiot
Velüte sousu Beşamel, Allemand və Espanyol sousları ilə eyni sırada Fransa mətbəxinin əsas souslarından biridir. Fransız dilində "Velouté" velür sifətindən yaranır və tərcümədə məxməri mənasını verir. Düzgün hazırlanan Velüte sousu ətirli, yumşaq konsistesniyalı və krem kimi qabarıqsız olur.
1. İnqredientlər.
2. Ru sousu hazırlanır. Bu sous haqqında saytımızda qeyd edilmişdir. Bunun üçün yüksək odda kərə yağı qızdırılır və ona un əlavə edilərək daimə qarışdırılır.
3. Nəticədə krem kimi ru sousu hazırdır.
4. Sonra yavaş-yavaş onun üzərinə, qarışdıraraq toyuq bulyonu əlavə edilir.
5. Nəticədə 1,5 litr maye alınır.
6. Qaynadıqda qazın odu azaldılır və mayenin miqdarı 1 litr olana qədər qarışdırılaraq bişirilir. Təqribi 30-40 dəqiqə. Sonra duz və istiot əlavə edilir. Və nəticədə əsas souslardan biri olan Velüte hazırdır!
Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.